General: “Ordumuz Kəlbəcərə hərəkət etmək üçün tam hazırdır”


15:13     15 Noyabr 2020 2020/11/DD7AFA0A-DE27-41AD-B152-FFA242FBB8CF_1605438874.jpeg

Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir.


Femida.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun nəzarətində olan ərazilər minalardan təmizlənib.

"Kəlbəcərə hərəkət iki istiqamətdə - Göygöl və Daşkəsən istiqamətində olacaq. Öncə Azərbaycan - Ermənistan sərhədində yerləşmə baş tutacaq".


Femida.az

Açar sözlər:

Oxunub: 369