Bakıda evdən qadın meyiti tapıldı


15:14     15 Noyabr 2020 meyit.PNG


Bakıda mənzildən 52 yaşlı qadının meyiti tapılıb.

Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1968-ci il təvəllüdlü Yunusova Vlada İslamovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 220