Paşinyanı tənqid edən deputatlar ölümlə hədələnir


16:28     15 Noyabr 2020 2020/11/D992F588-77D6-4FF1-8EF2-36B66F99FD4E_1605443471.jpeg

"Çiçəklənən Ermənistan" fraksiyasından olan deputat Naira Zohrabyan baş nazir Nikol Paşinyanı tənqid etdiklərinə görə özünün və həmkarlarının müxtəlif şəxslərdən təhdidlər aldıqlarını deyib.

Femida.az xəbər verir ki, erməni deputat hakimiyyətin müxalifətdən qisas almaq məqsədilə silahlı dəstələr yaratması barədə məlumat aldığını bildirib.

"Bu günlərdə mən və həmkarlarım müxtəlif adamlardan müxtəlif təhdidlər alırıq. Onlar Nikol Paşinyanı tənqid etdiyimizə görə bizi və övladlarımızı öldürməklə, yandırmaqla hədələyirlər. Bizdə müxalifətlə hesablaşmaq niyyətində olan silahlı dəstələrin yaradılması barədə məlumat var",- deyə Zohrabyan polisə müraciət etdiklərini qeyd edib.

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanatın imzalamasından sonra İrəvanda kütləvi etirazlar başlayıb. Mitinqlərdə iştirak edən müxalifət nümayəndələri saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 418