Rusiya Fövqəladə Hallar Nazirliyinin əməliyyat qrupu Dağlıq Qarabağa göndərilib


19:14     15 Noyabr 2020 2020/11/1605451201284_WsQsDiKk_1605452085.jpeg

Rusiya Fövqəladə Hallar Nazirliyinin 30 mütəxəssisdən ibarət əməliyyat qrupu Dağlıq Qarabağa göndərilib.

Femida.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Evqeniy Ziniçev məlumat verib.

O, bildirib ki, yola düşənlərin məqsədi orada vəziyyəti qiymətləndirmək və gələcək fəaliyyətləri əlaqələndirməkdir. Eyni zamanda nazirliyin xilasetmə mərkəzlərində 20 avadanlıqla birlikdə 150 mütəxəssisdən ibarət bir qrup da hazır vəziyyətə gətirilib. Bu isə ərazidə mobil hospital qurmaq və zərurət yarandığı halda əhaliyə tibbi yardım göstərmək üçündür.

Açar sözlər:

Oxunub: 359