Efiopiyada 34 nəfər qətlə yetirilib


20:01     15 Noyabr 2020 20_11_15_1605452508.jpg

Efiopiyanın qərbində naməlum şəxslər avtobusa silahlı hücum edib.

Femida.az xəbər verir ki, bu barədə France-Press agentliyi Efiopiya İnsan hüquqları komissiyasına istinadla məlumat yayıb.

“Son məlumata görə, öldürülənlərin sayı hazırda 34 nəfərə çatır, lakin bu rəqəm arta bilər”, - deyə komissiyanın nümayəndəsi bildirib.

Avtobusa silahlı hücum ötən gecə Benişanqul/Qumuz ştatında edilib. Sudanla həmsərhəd olan bu ştatın hazırda hərbi əməliyyatlar gedən Tıqray muxtar bölgəsi ilə sərhədi yoxdur.

Bu arada, Efiopiya Baş nazirinin ofisi bu gün dünya ictimaiyyətinə müraciət edərək Tıqrayın azadlığı xalq cəbhəsinin silahlıları tərəfindən May-Kadra şəhərində dinc sakinlərə qarşı törədilən kütləvi qətlləri qınamağa çağırıb.

Açar sözlər:

Oxunub: 427