Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var


20:22     15 Noyabr 2020 20_11_15_1605452821.jpg

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Oğuz şəhər sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Ceyhun Mustafa oğlunun idarə etdiyi Opel “Astra” markalı avtomobillə, 1972-ci il təvəllüdlü Məmmədov Bəhram Cəfər oğlunun idarə etdiyi “VAZ” 2107 markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alanlardan 48 yaşlı Bəhram Cəfərovun vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 441