Abşeronda qardaş qardaşı bıçaqladı


23:20     15 Noyabr 2020 bicaq.jpg

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

Qardaşlar arasında düşən dava sonda 23 yaşlı Qənizadə Mehman Xələf oğlunun bıçaqlanması ilə bitib.

Təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılan yaralı həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qarının ön divarının daxilə nüfuz edən bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub, reanimasiya şöbəsinə yerləşdirilib.

Açar sözlər:

Oxunub: 538