İsrail Ordusu Qarabağda müharibə təcrübəsini öyrənir


09:13     16 Noyabr 2020 2020/11/dron2_1605475229.jpeg

İsrail Müdafiə Ordusunda Dağlıq Qarabağda müharibə təcrübəsini diqqətlə öyrənir, onu İsrailin müxtəlif rəqiblərlə mümkün döyüşlərinə ekstrapolyasiya edirlər.


Virtualaz.org bildirir ki, İsrail televiziya kanalındakı “12 xəbər xidməti”nin şərhçisi Ehud Yaarinin məqaləsində belə deyilir.

İsraildə hərbi kampaniyanın nəticəsinin yüksək dəqiqlikli silahdan savadlı və səmərəli istifadə hesabına Bakının xeyrinə yekunlaşması faktına xüsusi diqqət yetirilir. Buna misal olaraq Ermənistan zirehli texnikasına qarşı Azərbaycan Ordusu tərəfindən istifadə olunan, Türkiyə və İsrail istehsalı olan texnika və PUA-lar arasındakı döyüş əlaqələri göstərilir.

Məqalədə Bakının tədarük etdiyi İsrail pilotsuz uçuş aparatları-kamikadzelərinin yüksək effektiv fəaliyyəti vurğulanır. Onlar C-300 batareyalarını və "Qrad"yaylım atəşi sistemlərini məhv ediblər.

İsrail və Suriyanın mümkün münaqişəsi baxımından, Azərbaycan pilotsuz təyyarələrinin düşmən ərazisinin dərinliklərində aşağı hündürlüklərdən və dağlıq ərazilərdən istifadə etməsi xüsusilə vacibdir. Bu iki amil dronları faktiki olaraq toxunulmaz edib.

Ermənistan qoşunları dronları radarların köməyi ilə aşkar etməyə cəhd göstərsə də, bu cəhdlər vəziyyəti daha da ağırlaşdırıb, çünki pilotsuz təyyarələr siqnalları ələ keçirib və sonra düşmən batareyalarını məhv edib.

Məqalədə bildirilir ki, Bakı münaqişə zamanı 24 dron itirib.

Dağlıq Qarabağdakı hərbi toqquşmanın yeni mərhələsi əslində müasir müharibənin nümayişi oldu. Bunun ən bariz sübutu aşağıdakı haldır: tərəflər praktiki olaraq Hərbi Hava Qüvvələrindən istifadə etmədilər.

Dağlıq Qarabağdakı hərbi münaqişə hərbi əməliyyatların aparılması üçün əvvəlki metodikaları alt-üst edir. Üstünlüyü manevr edə bilən ucuz və yüksək dəqiqlikli silahlara sahib olan tərəf qazanır.Piyadaların istifadəsi ilə bağlı müharibənin formatı da dəyişir: cəbhə xəttindən uzaqda yerləşən məsafədən və ya havadan zərbələr endirildiyinə görə, piyadaların sağ qalmasının səviyyəsi kəskin şəkildə artır, canlı qüvvədə itkilərdən qaçmaq imkanı yaranır...

Açar sözlər:

Oxunub: 503