Siyəzən sakini dəm qazından boğularaq ölüb


09:45     16 Noyabr 2020 qaz7.jpg

Siyəzəndə dəm qazı bir nəfərin həyatına son qoyub.

Femida.az -ın verdiyi məlumata görə, hadisə Siyəzənin Xətai küçəsində qeydə alınıb. Siyəzən rayon sakini, 1970-ci il təvəllüdlü Kərimova Arzu Hüseyn qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 399