Bakıda avtomobil təmiri sexində yanğın olub


09:54     16 Noyabr 2020 publika.az1394679445nalbur-yangin.jpg

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 450 m² olan avtomobil təmiri sexində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri və sexin dam örtüyü 20 m² sahədə yanıb.

Sexin qalan hissəsi və içərisində olan “ВАЗ” markalı minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 244