Noyabrın 15-i Bakıya niyə istilik verilmədi? - RƏSMİ CAVAB


11:16     16 Noyabr 2020 2020/11/istilik-s_1605511017.jpeg

2020-2021-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.

Femida.az xəbər verir ki,bunu BAKU.WS-ə açıqlamasında "Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Qurum rəsmisi bildirib ki, bu gün axşam saatlarından başlayaraq istilik sistemləri işə başlayacaq.

“Dünən ictimai nəqliyyat işləmədiyi üçün işçilər tam tərkibdə işə çıxa bilməyiblər. Bu səbəbdən də bir çox ərazilərdə istilik verilməyib. Bu gün axşam saatlarından, ən geci sabah səhərdən başlayaraq paytaxtda bütün ərazilərdə istilik veriləcək”, - deyə Rafiq Əliyev bildirib.

Qurum rəsmisi onu da vurğulayıb ki, mövsüm ərzində cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3870 yaşayış binası, o cümlədən 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1950 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin ediləcək:

“Tədbirlər planına əsasən, 559 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 507 odluq təmir olunub, 861 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1150 ədəd qazan mexaniki və kimyəvi üsullarla təmizlənib, qazanlarda 1680 m2 izolyasiya örtüyü və 796 metr kərpic örtüyü təmir olunub.

İstilik şəbəkələrində 24310 ədəd siyirtmə və vintil təftiş olunmuş, onlardan 12760 ədədi əsaslı və cari təmir olunub, 580 ədədi isə yenisi ilə əvəz olunub.

Magistral və məhəllədaxili istilik xətlərində 3850 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 7520 m2 dam örtüyü təmir edilib.

Bundan başqa 396 dəst istilik mübadilə qurğusu mexaniki və kimyəvi üsullarla təmizlənib, 600 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 5 ton kationit materialları dəyişdirilib".

R.Əliyev deyib ki, istilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2020-2021-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb:

"Belə ki, 977 km istilik xətləri yuyulmuş və hidravlik təzyiqə yoxlanılıb, 6000 metrə yaxın məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 404 km istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb.

Bundan başqa 1694 ədəd qoruyucu klapan və 2290 ədəd əks klapan, 418 ədəd ehtiyat su çəni təftiş və təmir olunmuş, 2850 ədəd çirktutan təmizlənmiş və cəmiyyətə aid qaz təsərrüfatı təftiş olunaraq cəmiyyətin balansında olan 155 km qaz xətti və 495 ədəd qaz kəsici klapan yoxlanılmış, 515 ədəd qaz tənzimləyici yoxlanılaraq təmizlənmiş istismara yararsız olanlar yenisi ilə əvəz olunub.

Cəmiyyətə məxsus yüzdən artıq qazanxana və istilik məntəqələrində istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılmışdır ki, bu da Bakı şəhəri və respublikanın regionlarında qazanxana və istilik məntəqələrində texnoloji rejim parametrlərinə uzaqdan nəzarət etməklə qəbul edilən qərarların operativliyinin artırılmasına və yanacaq-enerji resurslarına qənaət etməyə imkan verir".

Açar sözlər:

Oxunub: 271