Ermənistanda son sutkada COVID-19-a 549 yoluxma qeydə alınıb, 25 nəfər ölüb


11:26     16 Noyabr 2020 20_11_16_1605511720.jpg

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 549 yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb.

Femida.az -ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 117 886 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 1 788 nəfərə çatıb.

Ermənistanda koronavirusdan sağalanların sayı 75 865 nəfərdir.

Açar sözlər:

Oxunub: 403