Türkiyə hərbçiləri 1 il Qarabağda olacaq


13:14     16 Noyabr 2020 tbmm7.jpg

Dost və qardaş ölkə Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək mücadiləsi illərdir davam edir. Ermənistanın sentyabrın 27-də Dağlıq Qarabağda cəbhə xətti boyunca hərbi və mülki hədəflərə qarşı hücumlarına cavab olaraq, Azərbaycan özünümüdafiə hüququna əsaslanan əks əməliyyatı nəticəsində işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində mühüm uğurlar əldə edib.


Femida.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Türkiyə Böyük Millət Məclisinə Azərbaycana hərbi qüvvə göndərməklə bağlı daxil olan sənəd layihəsində deyilir.

Qeyd edilir ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, bölgədə 10 noyabr tarixindən atəşkəs başlayıb və atəşkəsə riayət edilib-edilmədiyini monitorinq etmək üçün işğaldan azad edilmiş Azərbaycan ərazisində Rusiya ilə birgə Monitorinq Mərkəzi yaradılacaq.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyini Azərbaycan müəyyən edəcək.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 511