Şagirdlərin elektron yerdəyişməsi başlayıb


14:47     16 Noyabr 2020 muellim5.jpg

Noyabrın 16-dan şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb.

Təhsil Nazirliyindən Femida.az -a verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Femida.az

Açar sözlər:

Oxunub: 220