Nazirlikdən fermerlərə xəbərdarlıq
14:59 16 Noyabr 2020
Kənd Təsərrüfatı Nazirliyi məhsul subsidiyası alan - pambıq, şəkər çuğunduru və tütün istehsal edən fermerlərə müraciət edib.
Nazirlikdən Femida.az -a verilən məlumata görə, müraciətdə qeyd olunub ki, fermerlər satdıqları məhsulla bağlı məlumatların tədarükçü tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) yerləşdirildiyinə əmin olmalıdırlar.
Bunun üçün satılan məhsulun həcmi, məbləğini təsdiqləyən alqı-satqı müqaviləsini və qəbzləri tədarükçülər EKTİS-ə yükləməlidirlər.
Aqrar Kredit və İnkişaf Agentliyindən bildirilib ki, pambıq, şəkər çuğunduru və tütün istehsalçıları hansı tədarükçüyə və nə qədər məhsul satması barədə məlumatı özləri də EKTİS-ə daxil edirlər.
Lakin bu məlumatları mütləq tədarükçülər təsdiqləməli və ya özləri birbaşa sistemə daxil etməlidirlər. Əks halda, bu istehsalçılara məhsul subsidiyası hesablaya və ödəyə bilməyəcəyik.
Femida.az
Oxunub: 572
Oxşar xəbərlər
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlikdən bayramla bağlı əhaliyə müraciət
- Nazirlikdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
- Nazirlikdən vulkan püskürməsi ilə bağlı açıqlama
- Nazirlikdən polietilen torbalardan istifadə edən sahibkarlara xəbərdarlıq
- Nazirlikdən şagirdlərin yerdəyişməsi ilə bağlı açıqlama
- Nazirlikdən şəhid ailələri və yaralılara psixoloji dəstək
- Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gün...
- Nazirlikdən Qubadlıda məscidin təhqir olunması ilə bağlı BƏYANAT
- Nazirlikdən əhaliyə növbəti XƏBƏRDARLIQ: Bu linkləri açmayın