Erməni valideynlər Tonoyanla görüş tələb edir: “Övladlarımızı qaytarın”


15:22     16 Noyabr 2020 2020/11/8AB86FED-E47D-45E1-8B64-3F48831C2EA5_1605525852.jpeg

Hərbçi övladları itkin düşmüş analar Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirir.

Femida.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Ermənistanın müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Onik Qasparyanla görüş tələb edirlər.

“Övladlarımız haradadır? Uşaqlarımızı qaytarın! Niyə onlar heç bir siyahıda yoxdurlar?!”, - valideynlərdən biri söyləyib.

Digər bir valideynin sözlərinə görə, oğlu ilə birgə bütöv tabor Martuni-Cəbrayıl arası istiqamətdə itkin düşüb.

Qeyd olunub ki, hazırda Müdafiə Nazirliyinin binası polis tərəfindən mühasirəyə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 441