"Bu, Türkiyənin daxili işidir" - Peskov


15:24     16 Noyabr 2020 peskov3.jpg


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Azərbaycana hərbi qüvvə göndərmək təşəbbüsünü Ankaranın daxili işi adlandırıb.


Femida.az xəbər verir ki, bu barədə Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Bu, Türkiyənin daxili işidir", - deyən Peskovun sözlərinə görə, Azərbaycan ərazisində monitorinq mərkəzi olacaq və oraya türk hərbçiləri göndərilməlidir.

Bundan əlavə, mətbuat katibi monitorinq mərkəzinin yaradılmasının Rusiya ilə Türkiyə arasındakı ikitərəfli razılaşmanın “məhsulu” olduğunu söyləyib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinə Azərbaycana hərbi qüvvə göndərilməsi ilə bağlı sənəd layihəsi təqdim edilib. Layihəyə əsasən, Türkiyə hərbçiləri ölkə konstitusiyasına müvafiq olaraq 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 513