Cəbrayılda polisin əmrinə tabe olmayan şəxslər saxlanılıb
15:32 16 Noyabr 2020
Noyabrın 14-də saat 13 radələrində Cəbrayıl şəhəri ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Toyota” markalı avtomobilə saxla işarəsi vermiş, lakin buna baxmayaraq sürücü hərəkətini davam etdirib.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, həmin avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücü, Füzuli rayon sakini R.Bayramlı və 5 sərnişini saxlanılaraq RPŞ-yə gətirilmişlər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) və 517-2.6-cı (Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə) maddələri ilə protokollar tərtib olunmuşdur.
Rayon məhkəməsi tərəfindən onlar hər biri 200 manat məbləğində cərimə olunmuşlar.
Femida.az
Oxunub: 445
Oxşar xəbərlər
- Cəbrayılda mina partlayışında xəsarət alan ANAMA əməkdaşı evə buraxılıb
- Cəbrayılda avtomobillər toqquşub, ölən və yaralananlar var
- Cəbrayılda 21 kq-dan artıq narkotik, həb və tapança aşkarlanıb
- Cəbrayıldakı minaya düşən fəhlənin görüntüləri - VİDEO
- Cəbrayılda təsərrüfatla məşğul olan 54 yaşlı kişi minaya düşüb
- Cəbrayıldakı hərbi hissə “Harop” və “Quzğun” PUA-ları ilə təchiz edilib
- Cəbrayılda daha bir erməni hərbçisinin cəsədi aşkarlanıb
- Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb
- Cəbrayılda daha 6 erməni hərbçisinin meyiti tapılıb
- Cəbrayılda daha 2 erməni hərbçinin qalıqları tapılıb