Kəlbəcərdə soyğunçuluq edən ermənilər tutuldu - FOTO


16:23     16 Noyabr 2020 2020/11/727E28A4-39BB-4499-89DC-3A8595AFCBDD_3211059128.jpeg


Ermənistandan Dağlıq Qarabağa gedən bir qrup şəxs saxlanılıb.


Femida.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, Ermənistandan gələn şəxslərin tutulmasına səbəb onların yaranmış vəziyyətdən istifadə edib Kəlbəcərdə soyğunçuluqla məşğul olmalarıdır. Xankəndinə aparılan cinayətkar dəstə artıq öz günahını etiraf edib.

Hadisə şahidlərindən biri deyib: “Müharibənin ilk günündən bəri bir neçə gənclə birlikdə cəbhədəki əsgərlərə yemək, dərman aparırdıq. Dünən şüşələri qırılan “Hunday” markalı avtomobilin yanımızdan keçdiyini gördük və həmin avtomobil bizi təqib etməyə başladı. Gözdən itəndən sonra hüquq-mühafizə orqanlarına müraciət etdik. Onlar 4 qulduru zərərsizləşdirərək polis bölməsinə apardı. Onların belə ağır günlərdə “Artsax”a (Qarabağ-red.) yardım etmək adıyla gəlib soyğunçuluq etməsi dəhşətlidir. Belə hiyləgər qurdların soyğunçuluqla məşğul olduqlarını eşidəndə söz tapa bilmədik".



Femida.az

Açar sözlər:

Oxunub: 833