İsrail səfiri ermənilərin Gəncədə öldürdüyü Arturdan yazdı


16:41     16 Noyabr 2020 2020/11/94D44EB3-B491-4B9B-AEA2-0CDCFD2B1CDD_1605530960.jpeg

Bir neçə gün əvvəl Bakıdakı rus Pravoslav kilsəsinə getdim. Artur üçün dua etdim və şam yandırdım.

Femida.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter”də yazıb.

“Verdiyim vədə əməl etmədiyim üçün bağışlanmamı dilədim. Ruhun şad olsun, Artur. Qoy bu bölgənin uşaqları daha dinc bir gələcək yaşasınlar”.

Səfir bildirib ki, bir-iki həftə əvvəl Gəncə şəhərini raket zərbəsindən sonra ziyarət edib.

“Yaşayış sahələrindəki ziyana baxmaq üçün getdim. Bir çox yerli sakin hekayələrini paylaşaraq mənimlə danışmağa gəldi. Sonra təxminən 12 yaşında bir gənc oğlan yaxınlaşdı. İsraildə yaxşı həkimlər olduğunu eşitdi və onların xəstəxanada olan dostunu xilas edə biləcəyini soruşdu. Xalası mənə şəkillər göstərdi, gözlərində yaş var idi. "Bombardman nəticəsində yaralandı, xəstəxanada komadadır, yaxşı uşaqdır, xahiş edirəm, ona kömək göstərin”. Mən dərindən kədərləndim, Artura kömək edəcəyimə söz verdim. Oğlanın adını yazıb götürdük. Artur Mayakov idi. Nə edə biləcəyimizi götür-qoy etdik. Ancaq vədimi tuta bilmədim. İki gün sonra Artur aldığı xəsarətlərdən öldü. 13 yaşında idi. Ürəyim parçalandı. İsrailin Azərbaycandakı səfiriyəm. 12 ildir diplomatam. Mən ümumiyyətlə vədlərimi yerinə yetirirəm, amma bu vədə əməl edə bilmədim".

Femida.az

Açar sözlər:

Oxunub: 248