Bolqarıstan yanvarın 1-dən Azərbaycandan qaz almağa başlayır


16:52     16 Noyabr 2020 rusqaz.jpg

2021-ci ilin yanvarın 1-dən Bolqarıstan Azərbaycandan qaz almağa başlayacaq.

Femida.az-ın məlumatına görə, bunu ölkənin baş naziri Boyko Borisov deyib.

Nazir bildirib ki, beləliklə Bolqarıstan enerji tədarük mənbələrinin tam şaxələndirilməsinə nail olacaq.

O əlavə edib ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi tam sürətlə davam edir:

"Bu interkonnektorla Bolqarıstan Aleksandrupolis mayeləşdirilmiş qaz terminalından ABŞ, Qətər, Əlcəzair, İsrail, Misir və Azərbaycandan qaz əldə edəcək. Layihə bütün bolqarlar və qonşulara faydalı olacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 548