Əlilliyi olan şəxslər üçün ictimai müzakirələr keçirilib


17:31     16 Noyabr 2020 ELILLER+GUNU.jpg


Mingəçevir, Bərdə, Ağdam, Tərtər və Beyləqan rayonlarında yaşayan tipik və məhdudiyyətli gənclər arasında sosial inklüzivliyin təmin olunmasına və inkişaf etdirilməsinə, məhdudiyyətli gənclərin cəmiyyətdə iştirakçılığının artırılmasına, gənclərin bilik, bacarıqlarının inkişaf etdirilməsinə, daxili potensiallarının üzə çıxarılmasına və gücləndirilməsinə fokuslanmış "Bizimlə OL” layihəsinin ictimai-müzakirə hissəsi yekunlaşıb.

Femida.az-ın məlumatına görə, layihə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Sentyabr və oktyabr aylarında həyata keçirilmiş ictimai-müzakirələrin əsas məqsədi icma üzvlərinə sosial inklüzivlik və inklüziv mühit barədə geniş məlumat vermək və qarşılıqlı müzakirə etmək olub. Müzakirələrdə əlilliyi olan şəxslər, onların valideyinləri, əlilliyi olan şəxslərlə çalışan müəllimlər və digər icma üzvləri olmaqla ümumilikdə 80 nəfər iştirak edib.

Ümumilikdə 4 saat ərzində icma üzvlərinə əlilliyi olan şəxslərlə etik davranış qaydaları, əlilliyi olan şəxslərə qarşı cəmiyyətdəki ayrı-seçkilik və streotiplər, əlilliyə aid olan sosial və tibbi yanaşmalar, inklüziv mühit barədə informativ məlumatlar verilmiş və fikir mübadiləsi aparılıb. Eyni zamanda əlilliyi olan şəxslərin valideynləri öz təcrübələrini bölüşüb və iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb.

İctimai müzakirələr iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və yenidən təşkil edilməsi barədə müraciət edilib.



Femida.az

Açar sözlər: #layihə  

Oxunub: 527