Ermənistanda hərbçilərə cinayət işi açıldı - Saxlanılanlar var


18:04     16 Noyabr 2020 2020/11/voska-1605532581_1605534272.jpg


Ermənistanın müdafiə nazirliyi tərəfindən bir sıra hərbçilərə cinayət işi açılıb, saxlanılanlar var.

Femida.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin İtkin düşmüş və əsir götürülmüş şəxslər komitəsinin sədri, polkovnik Vitali Voskanyan deyib.

O bildirib ki, Qarabağdakı döyüşlər zamanı hərbi qulluqçuların əsassız ölümünə səbəb olan zabitlər arasında da tutulan şəxslər var.

"Hərbçilərin əsassız ölümünə səbəb olan hərəkətlərdə iştirak edən hər kəs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var".

Onun sözlərinə görə, Cəbrayıl istiqamətindəki hərbi hissə zabitlərinə qarşı cinayət işi başlanıb, bunun çərçivəsində kifayət qədər dəlil toplanıb. Erməni polkovnik bəzi şəxslərə qarşı cinayət işlərinin başladıldığını və bəzilərinin əməllərində cinayət tərkibi olduğunu qeyd edib.

"Topladığımız bütün materiallar İstintaq Komitəsinə göndəriləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 338