Sülhməramlılar Xudavəngdə iki post qurur


21:21     16 Noyabr 2020 2020/11/39DEF955-148C-42C1-AAC0-C5A2330617A2_1605547338.png

Xudavəngdə sülhməramlıların iki postu yerləşdiriləcək. Bunlardan biri ərazinin girişində, digəri monastrın özündə olacaq.

Azvision.az xəbər verir ki, bunu Rusiya sülhməramlılarının baş leytenantı Oleq Kovalenko deyib.

Onun sözlərinə görə, hazırda sülhməramlılar noyabrın 25-də ermənilərin Kəlbəcəri tərk etmələri barədə razılaşmanın qüvvəyə minməsinə hazırlaşırlar. Belə ki, bu gündən etibarən müşahidə postlarının təchizatına başlanılır. Noyabrın 25-dən sonra isə sistemli işlər aparılacaq.

Qeyd edək ki, Xudavəng Kəlbəcər rayonu ərazisində yerləşən qədim monastrdır.

Açar sözlər:

Oxunub: 508