Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb


11:58     17 Noyabr 2020 piyada2.jpg

Lənkəranda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Femida.az -ın xəbərinə görə, hadisə rayonun Darquba kəndində qeydə alınıb.

KIA markalı avtomobil Darquba kənd sakini, 1994-cü il təvəllüdlü Elgün Hüseynağa oğlu Rəhimovu vurub, daha sonra yolun kənarına aşıb. Qəza nəticəsində piyada E. Rəhimov hadisə yerində keçinib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, sürücü Lənkəran rayonu Şovu kənd sakinidir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 405