Rusiyada son sutkada 442 nəfər koronavirusun qurbanı olub


12:33     17 Noyabr 2020 20_11_17_1605600474.jpg

Rusiyada son bir gündə daha 22 410 nəfərə COVID-19 diaqnozu qoyulub.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 971 013 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 442 nəfər artaraq 33 931-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 475 904 nəfər sağalıb.

Açar sözlər:

Oxunub: 224