Ermənistan parlamentindəki müxalifət Paşinyanın istefasını tələb edir


12:45     17 Noyabr 2020 20_11_17_1605602804.jpg

Ermənistan parlamentində təmsil olunan müxalif Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Femida.az xəbər verir ki, məlumatı “Novosti Armenii” yayıb.

Noyabrın 17-də qanunverici orqanın 4 günlük sessiyası başlayıb. Parlamentin gündəliyindəki iki məsələdən biri 2021-ci il üçün dövlət büdcəsi layihəsidir.

Milyonçu deputat Qaqik Sarukyanın sədri olduğu Çiçəklənən Ermənistan Partiyası və deputat Edmon Marukyanın başçılıq etdiyi İşıqlı Ermənistan Partiyası isə parlamentin növbədənkənar iclasının çağırılmasını və gündəliyə yalnız hökumət başçısı Nikol Paşinyanın istefasının daxil edilməsini tələb ediblər.

Müxalifətdən olan deputatlar baş nazirin istefa verməsində israr etməklə yanaşı, onun dövləti idarə etməsi üçün səlahiyyətinin olmadığını bildiriblər. Onlar deyib ki, ali baş komandan kimi o problemi həll edə bilməyib, Qarabağ müharibəsini uduzub, Qarabağdakı ikinci böyük şəhəri - Şuşanı müdafiə edə bilməyib.

Açar sözlər:

Oxunub: 390