Bakıdakı poliklinikalar 7 günlük iş rejiminə keçib


14:09     17 Noyabr 2020 20_11_17_1605609006.jpg


Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.


Bu barədə Femida.az-a nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19 –la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.

Femida.az

Açar sözlər:

Oxunub: 436