DSMF-nin Qubadlı şöbəsi ləğv edilməyib - RƏSMİ


15:38     17 Noyabr 2020 dsmf9.jpg


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qubadlı rayon şöbəsinin ləğv edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib. Onun sözlərinə görə, DSMF-nin Qubadlı rayon şöbəsi ləğv edilməyib. Optimallaşdırma çərçivəsində regional idarə yaradılıb.

"Kadr islahatları ilə bağlı vəzifə təlimatlarına, mövcud fəaliyyət tələblərinə uyğun gəlməyən və ali təhsili olmayan bəzi əməkdaşların əmək müqaviləsinə xitam verilib. Bu məsələdə şəhid ailəsi, səfərbərliyə cəlb olunan vətəndaşların ailə üzvlərinin, Qarabağ müharibəsi iştirakçıları, eləcə də sosial müdafiəyə ehtiyacı olan şəxslərin işdən çıxarılması həqiqətəuyğun deyil.

Qeyd edək ki, strukturlaşma və islahatlarla bağlı müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq analıq məzuniyyətində olan, şəhid ailəsinin, səfərbərliyə cəlb olunan vətəndaşların ailə üzvlərinin, qaçqınlar, məcburi köçkünlər, sosial müdafiəyə ehtiyacı olan əməkdaşların əmək müqaviləsinin müddəti avtomatik olaraq yenilənəcək.

Həmçinin qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun yaxın zamanlarda işğaldan azad edilmiş torpaqlarımızda fəaliyyət göstərəcək regional idarələri yaradılacaq və məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra həmin idarələrdə işlə təmin ediləcəklər".

Femida.az

Açar sözlər: #DSMF   #Qubadlı  

Oxunub: 263