Azərbaycanda koronavirusdan ölənlərin sayı 1000-i ötdü


16:49     17 Noyabr 2020 20_11_17_1605618079.jpg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 075 yeni yoluxma faktı qeydə alınıb, 1 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 20 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ümumilikdə 79 158 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 56 894 nəfər müalicə olunaraq sağalıb, 1 005 nəfər vəfat edib, aktiv xəstə sayı 21 259 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 213, ötən müddət ərzində isə ümumilikdə 1 536 434 test aparılıb.

Femida.az

Açar sözlər: #koronavirus  

Oxunub: 599