Doqquz ayda 95 mindən çox körpə doğulub


17:04     17 Noyabr 2020 korpe_usaq_334.jpg

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 95 min 399 doğulan körpə qeydə alınıb.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2 548-i əkiz, 84-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.

Bu ilin 9 ayında ölkə üzrə 46 min 995 ölüm halı qeydə alınıb. Məlumata görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 491