Qarabağdan Ermənistana 3 mindən çox heyvan aparılıb


17:21     17 Noyabr 2020 2020/11/Scree-1605608787_1605618915.jpg


Ermənilər müharibə başlayandan bu günə kimi Dağlıq Qarabağda olan xeyli sayda mal-qaranı Ermənistana daşıyıb.

Azvision.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyinin keçirdiyi tədbirdə müharibə zonasından Ermənistana gətirilən heyvanlar barədə statistika açıqlanıb. Qurum yoluxucu xəstəliklərin qarşısını almaq üçün heyvan sürülərinə, eləcə də ət məhsullarına ciddi nəzarət edəcək. Artıq Qarabağ torpaqlarından 3191 heyvan Ermənistana aparılıb. Köçürmə prosesi hələ də davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 398