“Mərkəzin harada yerləşəcəyinə Bakı qərar verəcək” - Putin


08:23     18 Noyabr 2020 putin_721.jpg

Bakı özü monitorinq mərkəzinin harada yerləşəcəyinə qərar verəcək.

Femida.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin bildirib ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin sayı kifayət qədərdir. Onun sözlərinə görə, sülhməramlıların sayının artırılması yalnız tərəflərin razılığı əsasında mümkün ola bilər.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, bölgədə 10 noyabr tarixindən atəşkəs başlayıb və atəşkəsə riayət edilib-edilmədiyini yoxlamaq üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi yaradılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 368


Oxşar xəbərlər