Sahibkarlığın İnkişafı Fondu auditor seçir


09:10     18 Noyabr 2020 2020/11/077D2FA6-0C78-4D69-AD02-A9A9EA568B05_1605676753.jpeg

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişaf Fondu 2020-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Femida.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 20-si, saat 12:00-a qədər, qurumun inzibati binasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 310-23-02 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 186