İsmayıllıda istirahət mərkəzində yanğın olub


09:19     18 Noyabr 2020 2020/11/1CA486F1-78F2-4C4F-8E87-3D15647970A4_1605678417.jpeg

İsmayıllıda kottec yanıb.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, rayonun Kürdmaşı kəndində ümumi sahəsi 15 m² olan kottecin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 15 m² olan digər kottecin taxtadan ibarət dam örtüyü yanıb. Kottecin qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 533