Ermənistan daha 71 itkisini açıqlayıb


10:17     18 Noyabr 2020 ermeni_herbci.jpg


Ermənistan tərəfi üçtərəfli razılaşmadan əvvəl Dağlıq Qarabağda məhv edilmiş daha 71 hərbçisinin adını açıqlayıb.


Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 1505-ə çatıb.

Real faktlar təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çox olub. Üstəlik, düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib. Onların ölüm statistikası aparılmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Qarabağ separatçılarının lideri Arayik Arutyunyan döyüşlər vaxtı hər gün azı 100 itki verdiklərini etiraf etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 483


Oxşar xəbərlər