344 min şagirdin təhsil aldığı məktəblər risk zonasında - NAZİR


11:34     18 Noyabr 2020 2020/11/DB6C10B9-1C1A-4577-91DF-559AC741B3D9_1605685145.jpeg

“10 nəfər şagird düşmən tərəfindən atılan raket hücumları nəticəsində həlak olub. 44 günlük müharibə dövrü ərzində təxminən 344 min şagirdin təhsil aldığı məktəblər risk zonasına daxil olduğuna görə, orada ümumiyyətlə məktəbdə təhsilin həyata keçirilməsi mümkün olmayıb”.

Femida.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "ATV Aktual" proqramına müsahibəsində deyib.

Nazir bildirib ki, hücumlar nəticəsində 50 məktəb bu və ya digər dərəcədə xəsarət alıb: “Bəzi məktəblər, ümumiyyətlə, yararsız hala düşüb. Son günlər müşahidə etdiyimiz hadisələr də bizi təhsil işçiləri olaraq təəssüfləndirir. Kəlbəcər rayonuna qanunsuz olaraq yerləşdirlən ermənilər tərəfindən, hətta məktəbin direktoru tərəfindən məktəbin yandırılması şiddətlə qınanılmalıdır”.

Nazir vurğulayıb ki, bütün bu faktlar nazirlik tərəfimizdən sənədləşdirilir və müvafiq kanallarla beynəlxalq təşkilatlara çatdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 445


Oxşar xəbərlər