Parisdə polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi


12:17     18 Noyabr 2020 2020/11/8006F4A2-0DE0-4FEE-B1AB-30A68A2D9793_1605686432.jpeg

Parisdə dünən axşam keçirilən etiraz aksiyasında çıxan qarşıdurmalardan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

“Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı nümayişlər Fransa parlamentinin binası yaxınlığında keçirilib və aksiyada bir neçə yüz nəfər iştirak edib. Onlar məlumat azadlığını pozduqlarını düşündükləri 24-cü maddəyə qarşı çıxırlar.

Qeyd edək ki, həmin maddəyə görə, əməliyyat zamanı polis və ya jandarmın kimliyini müəyyənləşdirilməyə kömək edəcək üz və ya bədənin digər hissələrinin şəklinin yayılması qarşılığında cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulur.

Jurnalistlərin həmkarlar ittifaqları və hüquq müdafiəçiləri isə bu müddəanın jurnalistlərin və sadə vətəndaşların polis məmurlarını lentə almasını və məsələn, polis zorakılığını qeydə almalarını mümkünsüz edəcəyini düşünür.

Femida.az

Açar sözlər:

Oxunub: 510