Qubada COVID-19-a yoluxan 5 nəfər karantin postunda saxlanılıb
13:14 18 Noyabr 2020
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 virusuna yoluxan 5 nəfərin yaşayış yerlərini tərk etdikləri müəyyən edilib.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 17-də Quba şəhəri ərazisində qurulmuş karantin postunda koronavirus infeksiyasına yoluxan və yaşadığı evi tərk edən Qımıl Qazma kənd sakini N.Abbasəliyev, Zərdabi qəsəbə sakini B.Əliyev, Şabran rayon sakini T.Əhmədov, Qusar rayon sakini N.Mahmudov və Xaçmaz rayon sakini M.Rəcəbova saxlanılıblar.
Müəyyən edilib ki, koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə onlara ev şəraitində müalicə təyin olunub, yaşayış yerlərini tərk etməmələri, qaydalara riayət etmələri tapşırılıb. Lakin onlar qaydaları pozaraq yaşadıqları ünvanları tərk edib və digər insanlar üçün real təhlükə yaradıblar.
Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və onlardan N.Mahmudov Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana, digər 4 nəfər isə Quba rayonu ərazisindəki koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.
Femida.az
Oxunub: 509
Oxşar xəbərlər
- Meymun çiçəyi xəstəliyinə görə karantin başladı
- Azərbaycanda qüvvədə qalan KARANTİN QADAĞALARI - SİYAHI
- Son dəqiqə! Azərbaycanda karantin rejimi yumşaldıldı
- Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
- Qaxda reyd keçirilib, karantin qaydalarına riayət etməyənlər cərimələnib
- Bakıda "26-lar" kafesinin sahibinin oğlu karantini pozduğu üçün axtarışa verilib
- Karantin müddətinin azaldılması yanvarın 24-dən əvvəl yoluxanlara da aiddir - RƏSMİ
- Azərbaycanda karantin rejimini pozaraq cərimələnən şəxslərin sayı açıqlanıb
- Cəlilabadda şadlıq sarayının karantin qaydalarını pozan sahibi həbs olunub
- Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldılır