Ermənilər Ağdərənin 7 kəndindən çıxarılır


17:06     18 Noyabr 2020 2020/11/marta-1605704142_1605704837.jpg


Ermənilər Ağdərənin 7 kəndindən çıxarılır.

Femida.az erməni KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı qərar qəbul edilib.

Bunlar Nor Maraqa, Nor Ayqestan, Nor Seysulan, Nor Akacur, Nor Karmiravan, Ovtaşen və Nor Caraberd kəndləridir.

Məlumatda vuğulanıb ki, bu kəndlərdə 2 min nəfər yaşayır və onlar müvəqqəti olaraq Mardakertdə (Ağdərə) yerləşdiriləcək. Bu yaşayış məntəqələri münaqişə öncəsi inzibati bölgüyə görə, Ağdam bölgəsində olub.

Xatırladaq ki, onlara köçmək üçün 19 noyabradək vaxt verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 392