Qarabağda sülhməramlıların müşahidə postu azaldıldı - RUSİYA MN


18:52     18 Noyabr 2020 20_11_18_1605710382.jpg

Dağlıq Qarabağda atəşkəs 23 müşahidə məntəqəsindən izlənir.

Femida.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat katibi İqor Konaşenkov bildirib ki, sülhməramlı qüvvələrin bəzi müşahidə postlarının yeri və çərçivəsi dəyişdirilib. Lakin bu dəyişikliyin səbəbini konkret olaraq açıqlamayıb.

Onun sözlərinə görə, təmas xəttinin şimal bölgəsində 11, cənubda isə 12 müşahidə postu qurulub.

Qeyd edək ki, mətbuat katibi dünənki açıqlamasında cənub və şimalda 9, Laçın dəhlizində isə 7 ədəd olmaqla, ümumilikdə, 25 müşahidə postunun qurulduğunu açıqlamışdı.

Açar sözlər:

Oxunub: 481