Türkiyədə bir sutkada 116 nəfər COVID-19-dan dünyasını dəyişib


21:22     18 Noyabr 2020 20_11_18_1605719695.jpg

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 116 nəfər ölüb.

Femida.az -ın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 158 811 şübhəli koronavirus testindən keçib, onlardan 4215-nin cavabı pozitiv çıxıb, 2592 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3742 nəfər olub.

Açar sözlər:

Oxunub: 184