Əli Əsədovla Mixail Mişustin arasında telefon danışığı olub


21:48     18 Noyabr 2020 2020/11/eli-esedov-t_1605721805.jpg

Noyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Femida.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabineti tərəfindən yayılıb.

Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlər, həmçinin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 310