Bakıda sürüşmə baş verib, evlərə ziyan dəyib - VİDEO


22:01     18 Noyabr 2020 2020/11/5fb547afee579_e_1605722879.png

Paytaxt Bakının Suraxanı rayonu, Yeni Günəşli yaylası, "V" yaşayış massivində sürüşmə baş verib. Nəticədə yol çöküb, divarlarda çatlar əmələ gəlib.


Femida.az-ın məlumatına görə, son günlər yağan güclü yağış ərazidə xeyli fəsad törədib. Torpaq sürüşməsi nəticəsində yol çöküb və asfalt örtüyü qırılaraq hərəkət üçün çətinlik yaradıb.

Eləcə də orada bir neçə metr dərinliyi olan quyu əmələ gəlib və kommunikasiya xərtləri sıradan çıxıb.

Yağıntılar ətrafdakı evlərə də ziyan vurub. Həyətlərdə və divarlarda iri çatlar əmələ gəlib.

Evlərdən biri isə tamamilə yararsız vəziyyətə düşüb. Divarlar aralanıb və evin bir hissəsi çöküb.

Vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verilib.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Açar sözlər:

Oxunub: 503