Bakıda yanğın - 4 nəfər xilas edildi


09:42     19 Noyabr 2020 20_11_19_1605764609.jpg


Bakı şəhərinin Yasamal rayonunda yanğın hadisəsi qeydə alınıb.


Femida.az FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 88 m² olan mənzildə çarpayı və yataq dəsti yanıb.

Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 363