Ermənilər Ağdamı da tərk edərkən evləri yandırırlar


11:33     19 Noyabr 2020 20_11_19_1605772145.jpg

Ağdamda qanunsuz məskunlaşan ermənilər oranı tərk edərkən mağaza və evləri yandırırlar.


Femida.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.

Kənddən çıxan Armen adlı sakin agentliyə öz ərzaq mağazası, daha sonra isə evini yandıracağını söyləyib:

“Sabahadək (noyabrın 19-dək - red.) getməyə vaxt verdilər. Hər şeyi aparmaq imkanı yoxdur. Ona görə indi ən doğrusu bunları yandırmaqdır. Türklərə heç nə saxlamayacağam”.

O qeyd edib ki, Boyəhmədli kəndində 10 il öncə məskunlaşıb.

Xatırladaq ki, ermənilər Kəlbəcəri də tərk edərkən oradakı evləri yandırır, ətraf mühitə ziyan verir.



Femida.az

Açar sözlər:

Oxunub: 396