Yoluxma halları daha çox yas mərasimlərində olur - TƏBİB


12:34     19 Noyabr 2020 qripden%20olmek.png

Edilən müraciətlərdən də görürük ki, yoluxma halları daha çox yas mərasimlərində olur.


Bunu Trend-ə TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, Qələbədən sonra insanlar sevinclərini paylaşmaq üçün toplaşır. Eyni zamada, şəhidlərin dəfn mərasimləri keçirilir:

“Bu hallarda da insanlar arasında ara məsafə itir. Belə məkanlarda maskanın ya qətiyyən, ya da doğru istifadə olunmadığını müşahidə edirik. Təbii ki, belə yerlərdə virusun yayılma riski çox yüksəkdir”.

Femida.az

Açar sözlər:

Oxunub: 518