Bərdədə avtomobillər piyadaları vuraraq öldürüb


13:16     19 Noyabr 2020 piyada5.jpg

Bərdədə yol qəzaları baş verib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 18-də saat 20 radələrində Bərdə rayonunun Qasımbəyli kəndi ərazisində kənd sakini A.Hidayətli idarə etdiyi “Lada-2110” markalı avtomobillə yolu keçən şəhər sakini Pərviz Əhmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Bundan başqa, həmin gün saat 21 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini R.Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Otuzikilər kənd sakini Məhəmməd Xəlilovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı Bərdə Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 494