Zaxarova: Erməni hərbçiləri Ağdam, Kəlbəcər və Laçından çıxarılır
14:34 19 Noyabr 2020
“Rusiyalı sülhməramlıların yerləşdirilməsi davam edir, erməni hərbçilərin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması prosesi baş verir”.
Femida.az—ın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Bu mərhələdə insani məsələlər prioritet həll yollarını tələb edir”, - o bildirib.
XİN sözçüsü qeyd edib ki, Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan rəhbərliyi ilə daim əlaqə qurur, münaqişədən sonrakı nizamlama ilə bağlı işləri koordinasiya edir: “Razılaşmaların qeyd-şərtsiz icrasını təmin etmək vacibdir. Məmnuniyyətlə qeyd edirik ki, Rusiyanın vasitəçilik səyləri bu gün davamlı atəşkəsin əldə edilməsinə, eləcə də dinc həyata qayıtmaq istiqamətində mühüm addımlar atılmasına imkan yaradıb”.
Femida.az
Oxunub: 558
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"