Lavrovla Zərif Qarabağdakı vəziyyəti müzakirə edəcək


15:30     19 Noyabr 2020 2020/11/D1385B58-0BF5-4F62-8358-B7370B36A5F7_1605785469.jpeg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 23-də Moskvada İran XİN-in başçısı Məhəmməd Cavad Zəriflə görüşəcək.

Femida.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 19-da keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyət də daxil olmaqla beynəlxalq problemlərə dair məsələlər müzakirə olunacaq.


Femida.az

Açar sözlər:

Oxunub: 430